Xalq artisti Brilliant Dadaşova da bağçada azyaşlıya şiddət tətbiq görən tərbiyəçi ilə bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, müğənni tərbiyəçidən şikayətçi olmayan valideynləri qınayıb.
«Madam ki, valideynləri şikayətçi olmurlar, valideynin özünə məhkəmə qərarı ilə hökm çıxarılmalıdır. Zülfiyyə Baxışova adlı «canavar» tərbiyəsiz «tərbiyəçi» mütləq şəkildə məsuliyyətə cəlb olunmalıdır ki, başqalarına dərs olsun»deyə, Dadaşova əlavə edib.
Qeyd edək ki, hazırda bağçanın müdiri Tükəzban Məmmədovadır. Videosu yayılan uşağa şiddət göstərən tərbiyəçi isə 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışovadır. Həmin şəxs ailəlidir, 2 övladı var.