Müğənni Rüfət Axundova qarşı dələduzluq edilib.
Məsələ ilə bağlı Axşam.az-a açıqlama verən sənətçi başına gələnlərdən danışıb. O bildirib ki, dizayn şirkəti pulunu alsa da, ona vəd edilənləri yerinə yetirməyib:
«2018-ci ildən Samir Umudov adlı iş adamı ilə müqavilə bağlamışıq. Tikinti və dizayn şirkətinin sahibidir. Evimi təmir etməli, mebelləri almalı idi. Amma sözünü tutmadı. Tək mənə yox, şou-biznesdə bir çox məşhura qarşı dələduzluq edib. Hətta digər sənət dostlarım da onunla bağlı şikayət etmək istəyirdilər, mən imkan verməmişdim.
Notariusdan borc kağızı da imzalamışıq. Müqavilədə yazılıb ki, 800 manatlıq qapı, əvəzində 130 manatlıq qapı qoyulub. Yazıb 50 manatlıq metlax, vurub 10 manatlıq. Bu cür işlər görülüb. Müqavilədə bunların hamısı yazılıb. Mənim seçdiyim dizayn tam başqadır, onların hazırladığı isə fərqli. Mən pulun hamısını əvvəldən ödəmişdim. Məbləği açıqlamaq istəmirəm. Çox dedim ki, gəl pulu ver, işi uzatmayaq. Amma sözünə əməl etmədi.
Polis idarəsinə çağrılanda isə dedi ki, Rüfətlə özüm həll edəcəyəm, pulu verəcəyəm. Bütün günahını da boynuna alıb. Deyir pandemiya düşdü, alınmadı. Deyirəm ki, heç olmasa mebellərin pulunu qaytar. Son vaxtlar isə məni ələ saldı. Çağırdı ki, filan yerdə mebellərə baxmağa gedək. Mən də həmin əraziyə yollandım, tapa bilmədim. Məni beləcə aldatdı. Hazırda Daxili İşlər Nazirliyi araşdırma aparır».