“Təəssüf ki, Bakıdan çox uzaqdayam…” — Nadir Qafarzadə

“Təəssüf ki, Bakıdan çox uzaqdayam…” — Nadir Qafarzadə
Tarix : Oxunma : Yorum Yaz

«Təəssüf edirəm ki, bu gün Bakıdan çox uzaqda olduğumdan İlhamə xanımın qəbirini ziyarət edə bilməyəcəyəm”. 
Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Nadir Qafarzadə Xalq artisti, mərhum İlhamə Quliyevanı xatırlayarkən deyib. Sənətçi onunla bir səhnədə olduğuna görə özünü xoşbəxt hesab etdiyini deyib:
«İlhamə xanım ölməz sənətkardır. Kübar, ziyalı qadın idi. Elə insanlar var ki, onların haqqında keçmiş zamanda danışmağı xoşlamıram. Onlar bu gün mənim üçün yaşayır, sənətkarlar heç bir zaman ölmür. Nə qədər həyat var, sənətkarlar da yaşayacaq, onların musiqiləri, ifa etdiyi əsərləri nəsildən-nəslə ötürüləcək. Deməli, İlhamə xanım da ölməyib, iz qoyub gedibsə, yaşayır. Nə yaxşı ki, mən İlhamə xanımla eyni cəmiyyətdə yaşadıq, eyni səhnədə olduq. Sağlığında onunla tədbirlərdə olduq, hətta bəzən çay süfrəsi arxasında sənətlə bağlı müzakirlər apara bildim. Bu, mənim üçün xoşbəxtlikdir. Allah ona rəhmət eləsin”. Nadir Qafarzadə deyir ki, İlhamə Quiyevanı tez-tez yuxusunda görür:
«Bu gün İlhamə xanımın yeri görünür. Özü də hər bir mənada görünür. Onun özünəməxsus fikirləri vardı. Hər kəsi öz yerində otuzdura bilirdi, hər kəsə yerini göstərə bilirdi, onu bacarırdı. Əslində, bunu tamaşaçılar çox vaxt başa düşə bilmirdi. Amma bu gün bir çox tamaşaçılar yazırlar ki, İlhamə xanımın yeri görünür”.
Qeyd edək ki, fevralın 25-i Xalq artisti İlhamə Quliyevanın illdönümüdür. Müğənni 2016-cı ildə 72 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

İlk yorumu siz yazın