Sonaxanım dalaşan məşhurlardan danışdı: “Cavan olsaydılar…”

Sonaxanım dalaşan məşhurlardan danışdı: “Cavan olsaydılar…”
Tarix : Oxunma : Yorum Yaz

“Gənc olsaydılar, mən onlara mehriban olmağı məsləhət görərdim”. 

Bunu Yenisabah.az-a aktrisa Sonaxanım Əlieyva həmkarı Nəzakət Məmmədovanın Çimnaz Sultanova barəsində dediyi “özünü “seks simvolu” kimi göstərir” fikrinə münasibət bildirərkən deyib:

“Mən ümumiyyətlə, heç kimin işinə qarışmıram. Hər kəs həyatını bildiyi kimi yaşayır. Hər kəs bildiyi kimi karyerasını qurur. Onlar yetkin yaşda insanlardırlar. Kimsə cavan olar, adam yaşda böyük kimi nəsə yol göstərər. Mən  heç bir sənətçinin işinə qarışa bilmərəm. Sənətçilərin bir-birlərinə həmrəy olmalarını xahiş edirəm. Onsuz da biz yetəri qədər kənardan daş-qalaq oluruq. Ən azından bir-birmizi daş-qalaq etməyək.

Gənc olsaydılar, mən onlara mehriban olmağı məsləhət görərdim. Mən həmişə mehribanlığı xoşlamışam”- aktrisa bildirib.

İlk yorumu siz yazın