Şok şok: Bərdə hərbi komissarlığı iki uşaq atası olan xəstəni hərbi xidmətə göndərdi-Video

Şok şok: Bərdə hərbi komissarlığı iki uşaq atası olan xəstəni hərbi xidmətə göndərdi-Video
Tarix : Oxunma : Yorum Yaz

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə Rayon Şöbəsi nitq qüsurlu və himayəsində iki azyaşlı övladı olan, 1996-ci il təvəllüdlü Bərdə rayon sakini Baxşəliyev Aydın Əzim oğlunu 2022-ci ilin aprel ayı hərbi xidmətə göndərdi.
Hal-hazırda Baxşəliyev Aydın «N» saylı hərbi hissədə xidmət edir.

Bu barədə redaksiyamıza daxil olan şikayətlə əlaqədar Aydının atası ilə görüşüb, özü ilə isə əlaqə saxladıq.

Aydının atası Əzim Baxşəliyev iddia edir ki, oğlu 44 günlük Vətən müharibəsində iştirak etmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə Rayon Şöbəsinə müraciət edib, amma oradan «O, xəstə (yararsız) olduğu üçün onu aparmadığını»- bildirdilər.

Teref.az

İlk yorumu siz yazın