Snup Doq Qədir Rüstəmovun ifasını paylaşdı — Video

Tarix : Oxunma : Yorum Yaz

Dünyaca məşhur reper Snup Doq sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.

Axşam.az xəbər verir ki, ifaçı mərhum Xalq artisti Qədir Rüstəmovun ifasını instaqram səhifəsində hekayə bölümündə yayımlayıb.

Sözügedən görüntülər illər əvvəl aparıcı Zaur Kamalın proqramında lentə alınıb. Video əvvəlcə 15,5 milyon izləyicisi olan «clips» səhifəsində yerləşdirilib. Snup Doq da orada götürərək paylaşıb.

Reperin bu paylaşımı isə tənqid olunub. Belə ki, onun Q.Rüstəmovu burada ələ saldığı bildirilib. «Clips» səhifəsi paylaşıma «Sən əsəbdən dəli olursan, o isə davam edir» şərhini yazıb. Snup da videonu həmin sözlə birlikdə yayımlayıb. 

İlk yorumu siz yazın