“Sizə yazığım gəlir, paxılsınız…”

“Sizə yazığım gəlir, paxılsınız…”
Tarix : Oxunma : Yorum Yaz

Rəqqasə Rəna Ağamuradova (Renka) ünvanına yazılan tənqidlərə cavab verib. 

Axşam.az xəbər verir ki, sənətçi rəqs məktəbi açdıqdan sonra bir çox dostunun ondan uzaqlaşdığını vurğulayıb. Renka onları paxıl adlandırıb: 

«Əslində sizə yazığım gəlir. Paxıllıq və qorxu ilə yaşamaq sizə çətin deyil? Rəqs məktəbini açandan sonra üzlər gördüm, maskalarınız cırıldı. Yazıqsınız, eləməyin. Belə yaşamaq çox çətindir. Paxıllığınız sizi boğacaq. Rahat olun, sakit yaşayın.

Bezdim bu söz-söhbətlərdən. Ayıb olsun! Sizə başqa deməyə sözüm yoxdur. Sadəcə, sizə yazığım gəlir. Sakitcə qıraqdan hərəkətlərinizə baxıb gülürəm». 

İlk yorumu siz yazın