Türkiyəli müğənni Sibel Can məhkəməyə müraciət edib.
Axşam.az xəbər verir ki, buna səbəb «Raks Music Company»nin ona məxsus «Türk Sanat Müziği» adlı albomunda yer alan 12 mahnını icazəsiz və qeyri-qanuni şəkildə rəqəmsal mediada istifadə etməsi olub.
O, şikayətində maddi və mənəvi zərər gördüyünü bildirib və icazəsiz istifadəyə son qoyulmasını tələb edib.