Müğənni Sevda Yahyayeva həkim həyat yoldaşı Zakir Bayramovla birlikdə Fransaya yollanıb.
Parisdə dincələn cütlük restoranlardan birində ödədikləri hesaba təəccüblənib.
Sevda bunla bağlı paylaşım edərək «Olacaqlardan xəbərsiz idik. Düşünürdük ki, bizim yerimizə depozit ödənib. Onu bağlamaq üçün menyuda bahalı nə var idisə, onu sifariş etmişdik. Sonda məlum oldu ki, depozit yox imiş, sadəcə, bron imiş» sözlərini yazıb.
İfaçı daha sonra Parisin ən sevdiyi şəhər olduğunu vurğulayıb.