Sevda Yahyayevanın övladıyla ilk fotosu — Yenilənib

Sevda Yahyayevanın övladıyla ilk fotosu — <strong>Yenilənib</strong>
Tarix : Oxunma : Yorum Yaz

Müğənni Sevda Yahyayeva ana olub.

Axşam.az xəbər verir ki, ifaçının qızı dünyaya gəlib. O, övladına Ayla adını verib.

***

Bir neçə saat əvvəl ana olan müğənni Sevda Yahyayeva övladıyla fotosunu sosial şəbəkədə paylaşıb.

Sənətçi duyğularını belə dilə gətirib: 

«Gözəl qadınlar, xanımlar, gəlinlər, kim gecə-gündüz ana olmaq ücün vuruşursa, inanın ki, buna dəyər. Ana olmaq gözəl bir hissdir. Xoşbəxt olduğun ən gözəl gündən belə milyon dəfə gözəldir. Ana olmağın arzusunda olan bütün qadınlarımız üçün amin deyirəm!
Ayla 3 kq çəkidə, 52 sm boyda dünyamıza gəldi və onu gözəlləşdirdi. İnşallah ki, hər zaman da başımıza tac olar».

Qeyd edək ki, Sevda ötən il həkim-genetik Zakir Bayramovla ailə qurub.

İlk yorumu siz yazın