7 dəfə ailəli olan 59 yaşlı Seda Sayanın özundən 25 yaş kiçik olan həyat yoldaşı Çağlar Öktenin kiçik oğlu Artur Ökten məşhur sənətçi ilə münasibətindən danışıb.
BiG.AZ xəbər verir ki, 12 yaşlı Artur sosial media hesabında «Seda Sayana ana deyirsən?» sualını cavablandırıb və «Seda kimi anan var, daha kürəyin yerə dəyməz» kimi şərhlərə münasibətini belə bildirib:
«Seda mənim anam deyil, mən ona bacı deyirəm. Seda bacı sayəsində yox, əsl anam sayəsində belim yerə dəymir. O mənim arxamdadır».