Sayqa Röyanın konsertindən danışdı: “Neyləmək olar, vurub öldürəsi deyilik ki?!”

Sayqa Röyanın konsertindən danışdı: “Neyləmək olar, vurub öldürəsi deyilik ki?!”
Tarix : Oxunma : Yorum Yaz

Bu vaxta qədər bir çox müğənnilərin ümumxalq hüzn günlərində və ya digər həssas günlərdə konsertlə izləyicilərin qarşısına çıxması faktı baş verib. Bu qəbildən olaraq müğənni Röya Ayxanın avqustun 3 və 5-də konsert proqramı ilə çıxışı da narazılıqlara səbəb olub. 

Bəs, görəsən, belə hallarda müğənnilər konsertlərini təxirə salmalıdırmı? Prodüser Sayqa Cahid bununla bağlı Yenisabah.az-a fikirlərini belə əsaslandırıb:

“Əgər, ölkədə matəm elan olunubsa, hər iki tərəf konserti təxirə salmalıdır. Amma “Ümumxalq hüzn” elan olunmayıbsa və yaxud da təqvimdə həmin gün xüsusi gün kimi qeyd olunmayıbsa, qarşılıqlı şəkildə (həm məkanın sahibi, həm də müğənni) günü dəyişə bilir.

Əlbəttə, mən bir tamaşaçı kimi həmin gün konsert olmasını istəməzdim. Röyanın konsertinə gəlincə, konsertini təxirə sala və yaxud da böyük bir şou etməyə bilərdi. Konserti yalnız vətənpərvərlik mövzusunda ona yaxın lirik mahnılara həsr etmək də olardı.  Olub, olub… Neyləmək olar?! Vurub öldürəsi deyilik ki?!”

Müğənninin konsertdən imtina edəcəyi halda məkan sahibinin ziyana düşməsi və bu üzdən də müğənninin konsert vermək məcburiyyətində qalması haqda deyilənlərə gəldikdə Sayqa Cahid bunun mümkünsüz olduğunu8 düşünür: 

“Heç kəs heç kəsi məcbur edə bilməz. Bəyəm, rəhbərlik özü azərbaycanlı deyil ki?! Elə şeylər var ki, qanunda yoxdur, amma gərək, qanda olsun”.

İmamət İSMAYILOVA

İlk yorumu siz yazın