Yeddinci dəfə evlənməyə hazırlaşan Seda Sayanla bağlı müxtəlif iddialar səslənməyə davam edir.
Yenisabah.az xəbər verir ki, bir neçə gün öncə müğənninin eşq yaşadığı Çağlar Öktenin 4 ay əvvələ qədər başqa sevgilisinin olduğu, Seda Sayanın onları ayırdığı bildirilirdi.
İddialara görə, Seda ona ayrılacağı təqdirdə albom çıxaracağına söz verib.
Dedi-qodular Seda Sayanı özündən çıxarıb. O, «İkinci sayfa» proqramına zəng edərək şayiələrə sərt şəkildə cavab verib:
«Nəyinsə qarşılığında albom sözü vermək, həm mənə, həm də Çağların musiqiçi kimliyinə böyük təhqirdir. Mən onunla tanış olanda 5 il öncə evliliyini bitirmiş, 11 yaşında övladı olan subay bir oğlan idi.
Qeyd edək ki, 59 yaşlı sənətçinin 7-ci toyu may ayında Praqada keçiriləcək.