«Sarı gəlin»i müzakirə edənə qədər ermənilər bütün mahnılarımızı apardılar»

«Sarı gəlin»i müzakirə edənə qədər ermənilər bütün mahnılarımızı apardılar»
Tarix : Oxunma : Yorum Yaz

«Mədəniyyətimiz o qədər dərindir ki, heç özümüz də o dərinliyə gedib çıxa bilmirik. Əsas məsələ hər şeyin əlçatan olmasıdır. Bəli, yeni, müasir ifaçılarımız var, amma onlar rəqabətə dözümlüdürmü, ya yox? Prodüser kimi deyirəm ki, dünyaşöhrətli, birnömrəli ulduzlar var. Azərbaycan estradasında olan biri bir xarici ölkədə böyük uğur qazana bilməz. Çünki bizim auditoriyamız öz dilimizdə sevir. Bu çox gözəl haldır. O deməkdir ki, dilimiz, musiqimiz də möhkəmdir».

Bunu Axşam.az-a açıqlamasında Xalq artisti, Xəzər Media Mərkəzinin Baş direktoru Murad Dadaşov deyib. O,  hazırda musiqi sahəsində olan problemlərdən söz açıb.

Dadaşov bildirib ki, estradada axsaqlıqlar çoxdur:

“Bizim ulduzlarımız daxili bazar üçün işləyirlər, özləri dolanırlar, onların böyük musiqi prodüserləri yoxdur. Biz bu bazarı yavaş-yavaş dünyaya açacağıq. Çünki biz dünyaya indi tam başqa, qalib ölkə kimi gəlmişik. Bizim ölkəmiz abidələrimiz və gözəl yeməklərimizdən əlavə musiqimizlə də tanınmalıdır. 

Ən əsas məsələ isə müəllif hüquqlarıdır. Onları qorumalıyıq. Bir «Sarı gəlin» əhvalatı bizə dərs olmalıdır. Düşmənlərimiz bunu ortaya atdılar. Biz onu müzakirə edənə qədər digər bütün mahnılarımızı apardılar. Bu, o deməkdir ki, biz musiqimizi qorumalıyıq». 

M.Dadaşov «Çox vaxt müğənnilərin şikayətləndiyini görürük. Musiqi Forumunda heç bir estrada ifaçısını bir təkliflə görmədik, qatılmadılar. Təkcə Namiq Qaraçuxurlu yer alırdı, o da heç bir təklif və ya irad irəli sürmədi» sualına Dadaşov belə cavab verib:

«Dünyanın ən böyük fili biologiya elmləri namizədi deyil. Sən yaxşı müğənni, futbolda oyunçu ola bilərsən. O demək deyil ki, sən məşqçisən. Onlar yaxşı ifaçıdırlar, ola bilsin ideyaları yoxdur. Dünən oxudum, bu gün çıxış edim olmur. Bu forum onlara bir təkan verər. Gələcəkdə yaxşı təklifləri ola bilər».

M.Dadaşov müğənnilərin verilişləri bəyənməməsi, proqramlara qatılmamaq istəməmsi probleminə də toxunub:

«Gülməlidir. İndiki mətbuata, tamaşaçıya çatmaq üçün televiziya lazım deyil. Mən televiziyada işləməsəydim yutubda kanal yaradardım. Rəqabətə girərdim. Orada dəqiq bilərdim kim mənə baxır. Şikayət etməyə hamı öyrəşib. Bitdi şikayət vaxtdı. İndi kim-kimi tutub saxlayıb? Senzura da yoxdur. İndi bilinir ki, kim savadlıdır, nə edir, nə bacarır».

İlk yorumu siz yazın