Şakiranın onunla sevgili olduğu ortaya çıxdı — Foto

Şakiranın onunla sevgili olduğu ortaya çıxdı — Foto
Tarix : Oxunma : Yorum Yaz

«Barselona»nın keçmiş müdafiəçisi Jerar Pike ilə 11 illik münasibətini bitirdikdən sonra çətin günlər yaşayan müğənni Şakira yeni eşqə başlayıb.

Axşam.az xəbər verir ki, bir müddət əvvəl Hollivud ulduzu Tom Kruzla sevgili olması haqda şayiələr yayılan ifaçının əslində kiminlə eşq yaşadığı ortaya çıxıb. O, «Formula 1» pilotu Lyuis Hamiltonla sevgilidir.

Mayamidə bir restoranda görüş, Barselonada idmançının əlini ulduzun belinə qoyduğu şəkil bu xəbərlərin yayılmasına səbəb olub. «People» dərgiinin yaydığı xəbərə görə, Şakira və Lyuis hazırda bir-birini tanımaq ərəfəsindədir.

«Onlar birikdə çox vaxt keçirir, əylənirlər» deyə, yazıda qeyd edilib.

İlk yorumu siz yazın