Saakaşvili gürcü müğənnidən qızının olduğunu etiraf etdi

Tarix : Oxunma : Yorum Yaz

“Bu il «Əsas kanal»ın yeni il konsertinin ən gənc iştirakçısı Elis Mariya Saakaşvilinin səhnədən anası ilə televiziya ekranında qarşılandığı ilk ildir”.

Bunu Gürcüstanın sabiq Prezidenti Mixail Saaşakvili feysbukda bildirib.

O, ilk dəfədir gürcü müğənni Sofi Nijaradzedən nikahdankənar övladı olmasını açıqlayıb.

Saakaşvili qızı və onun anasının fotolarını paylaşıb.

Qeyd edək ki, 54 yaşlı M.Saakaşvili 1993-cü ildə niderland əsilli Sandre Rulovsla rəsmi ailə qurub. Onların Eduard və Nikoloz adlı iki oğlanları var.

İlk yorumu siz yazın