Sərxan Yaşar Nuriyə səsləndi: “Bədənini satanlarla baş-başa qalmışıq” 

Sərxan Yaşar Nuriyə səsləndi: “Bədənini satanlarla baş-başa qalmışıq” 
Tarix : Oxunma : Yorum Yaz

Bu gün Xalq artisti, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, aktyor Yaşar Nurinin anım günüdür.

Demokrat.az
 xəbər verir ki, bir çox sənət dostu onunla bağlı paylaşım edib.

Aktyor Sərxan Kərəmoğlunun mərhum sənətkarla bağlı paylaşımı isə diqqət çəkib.

O, heç vaxt Yaşar Nurinin məzarını ziyarət etmədiyini bildirib:

“İndikilər bilməz, Yaşar atam, 10 ildir yoxsan, sizlərə şikayətim olacaq. Vaxtsız getməyiniz bir çox sənət adamlarını böyüksüz, öksüz qoydu. Kötüklər getdi, qalmışıq çör-çöp əlində.

Şikayətim var sizə. Şantaj və bədən satanlarla qalmışıq baş-başa. Sənətdən başqa hər şey var indi.

10 ildə çox şeyl dəyişdi, yəqin xəbərin var. O yaşadığın binanın qarşısında səni görmək üçün dayananlar, indi heç o binanı xatırlamır. Evinə gəlib səninlə həmsöhbət olmaq istəyənlər heç o evdə acdılar və ya toxdular deyə xəbərləri yoxdur. Rəhimə xanım deyəndə10 dənə də ağzının qırağından Rəhimələr tökülənlərdən soruşsan, heç Rəhimə kimin adıdır deyə səndən sorarlar.

Çox şey dəyişdi, ata… Sən mənim mənəvi atam, həm də dostum idin. Soruşsan ki, bəs sən niyə heç məni ziyarət etmirsən? Cavabım budur, Yaşar ata:

Sən mənim üçün zatən ölməmisən ki, sənin məzarını ziyarət edəm. Gəldiyim o evə gedə bilmərəm ki, birdən gedərəm məni qarşılamazsan, bax, o vaxt sarsılar və sənin yoxluğunu hiss edərəm.

Bu günə qədər ən sevdiyim sənət dostlarımın məzarını ziyarətə getmədim. Bilirəm, bəlkə düz deyil, amma hər adamın öz həqiqətləri var”. 

İlk yorumu siz yazın