«Sən batacaqsan, məhv olacaqsan»

«Sən batacaqsan, məhv olacaqsan»
Tarix : Oxunma : Yorum Yaz

“Anamın yaxşı sözü var — Allaha özünü kabab yeyən kimi tanıt ki, sənə onun ruzusunu versin. Hər gün səhər yuxudan oyananda, aynanın önünə keçib, deyirəm ki, sən çox gözəlsən, uğurlu qadınsan, güclü, sağlam, şanslı, çox varlı qadınsan. Bundan sonra da daha da varlı və xoşbəxt olacaqsan”.  

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva “MTV maqazin” verilişinə açıqlamasında deyib. Sənətçi bir çox dostundan uzaq gəzdiyini deyib:

“Bahalı həyat yaşamaq üçün birinci ağıllı olmaq lazımdır. Heç kim səndən və hisslərindən istifadə etməməlidir. Sən əgər bu gün məntiqsiz və yalnız duyğularınla hərəkət edən insansansa, fərqi yoxdur — kişi və ya qadın, sən batacaqsan, məhv olacaqsan. Mənim əgər bu gün yaxşı dostlarım, çevrəm varsa, bəhrəsi olmalıdır. Yoxsa ancaq dostumun problemi varsa və məni özü ilə birlikdə bataqlığa çəkirsə, onu nə qədər çox istəsəm də, ondan uzaq düşəcəyəm. Deyəcəm ki, məni bağışla, amma mən özümü hamıdan çox istəyirəm. Sağ ol, sənə öz bataqlığında uğurlar. 

Sevən şəxs axtarışında deyiləm. “Məni hər kəs sevməlidir”in də axtarışında deyiləm. Önəmli olan dəyər verdiyim insanın mənə dəyər verməsidir. Dəyərli, sevdiyim, doğma insan əgər görsəm ki, hisslərimdən sui-istifadə edir, dərhal o insandan uzaqlaşacağam. Heç kimə özümə qurban verməmişəm.

Bundan sonra da elə bir niyyətim yoxdur. Ayan məni sevir, məndən ayrılmayacaq, səbr edəcək deyə, bir şey yoxdur. Ayan ümümiyyətlə belə qadın deyil. Mənim bir qisasım var, bu cür insanları həyatımdan “blok» etmək, uzaqlaşdırmaq və bir daha yaxınlaşdırmamaq”. 

İlk yorumu siz yazın