«Yarışma başlayandan müraciətlər alıram, çox insan «Səs Azərbaycan: Doğma nəğmələr»ə qatılmaq istəyir. Muğam oxuyanlar ayılıb ki, biz də qoşula bilərik. Mahnı oxumaq asan deyil».
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Gülyaz Məmmədova «Şənbə axşamı» proqramında deyib. Münsif olduğu «Səs Azərbaycan: Doğma nəğmələr» layihəsindən danışan müğənni bacısı, Xalq artisti Gülyanaq Məmmədovadan söz açıb:
«İlk həftədə verilişdən sonra Gülyanaq zəng etdi ki, «Arzular» oxuyan oğlana niyə dönmədin? Məni qəşəng danladı. Qanun-qaydaları tamaşaçı bilmir. Dönməmək, bəyənməmək demək deyil. Bacım da tamaşaçı kimi davrandı».