Sərxanın “Məndən it kimi qorxurlar“ atmacasına Könüldən cavab gəldi

Sərxanın “Məndən it kimi qorxurlar“ atmacasına Könüldən cavab gəldi
Tarix : Oxunma : Yorum Yaz

Şoumen-aparıcı Sərxan Kərəmoğlu qalmaqallı açıqlamaları ilə gündəmə gəlib.

Yenisabah.az xəbər verir ki, bu dəfə o, şou-biznes nümayəndələrinə ismarış göndərib:

«Bir Allah və mən şahidəm ki, ən yaxşı müğənnilərin 90 faizi mənimlə bir səhnəni bölüşməyə qorxurlar. İt kimi qorxurlar, adam kimi də yox. Oxumaq anqırmaq və nərildəmək deyil, nə də ki it kimi ulamaq. Kiminsə səsi məndən güclü ola bilər, amma mənim apardığım toyun tozu ola bilməzsiniz deyə, qorxursunuz. Mən olan toyda, səhnədə, verilişdə ağlı olan təbii ki,məni istəməz”.

Sərxan Kərəmoğlunun bu paylaşımı birmənalı qarşılanmayıb.

Əməkdar artist Könül Kərimova paylaşımı cavabında Sərxana deyib: “A, mən ağıllıyam! Və hamıdan da qəşəng oxuyuram! Və səndən də qorxmuram, bildin?!” 

İlk yorumu siz yazın