Aparıcı Sərxan Kərəmoğlu ilə müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil Əmiraslanov arasında qalmaqal yaşanıb.
lent.az xəbər verir ki, buna səbəb Sərxanın Aysun İsmayılovanın evliliyini oyun adlandırması olub.
Sərxan videoaçıqlama yayaraq Fazilin onu təhqir etdiyini bildirib:
«Rəqsanə ilə heç bir problemim yoxdur. Ədavətim onun həyat yoldaşı Fazillədir. Fazil, sən məni təhqir və təhdid etmisən. Ot olub yerdən çıxmışam? Siz nə danışırsınız? Qorxdum… Fazil, səni Moskvada gözləyirəm. Kişiliyin çatırsa, zəng edəndə telefona cavab ver. Votsapla söyüb, telefonu bağlama. Söyüş söymək acizlikdir, savadsızlıq, avamlıqdır və qorxaqlıqdır».
Sərxan daha sonra məhkəməyə müraciət etdiyi ərizəni yayımlayıb.
Qeyd edək ki, Sərxan «MTV maqazin»ə «Bu evliliyə inanmadım. Aysunun yanındakı bəyə inanmadım. Bilmirəm kim kimin oyununa gəlib, amma başdan ayağa oyun idi. Bu oyuna inanan da axmaq idi. Aysun bir ad xatirinə evlənmiş olsaydı, davam edərdi, uşaq dünyaya gətirərdi və ayrılardı. Aysunda biclik yoxdur. Aysunun ağlı olsaydı bu addımı atardı. Onsuz şou-biznesdəkilər uşaq və ərə getmə adı xatirinə ərə gedir. Başqa istəyənə rahatlıqla razılıq versin. Aysun o biclikləri etsəydi, ana olardı» sözlərini deyib. O, eyni zamanda Rəqsanə haqda «Şam ola, müqəddəs ola, rəhmətə gedərəm, yenə də Rəqsanənin bir kəlməsinə inanmaram» açıqlamasını verib.