«Sənin həyatını heç bir qadına arzulamıram» — Şəbnəm Nüşabəyə zəng etdi

«Sənin həyatını heç bir qadına arzulamıram» — Şəbnəm Nüşabəyə zəng etdi
Tarix : Oxunma : Yorum Yaz

Müğənni Nüşabə Musayeva ilə Şəbnəm Tovuzlu arasındakı qalmaqal daha da böyüyüb.

Şəbnəm onun haqqında «İndi vatsapda blokdadır. Ondan zəhləm gedir» sözlərini söyləyən Nüşabəyə zəng edib.Telefona cavab verməyən Nüşabə həmin an ekranın görüntüsünü çəkərək sosial şəbəkədə paylaşıb. 

«Xanım, dincəlirəm. Xoşuna gəlməyən nüans varsa, get dediyin kimi şikayət elə. Hətta əlindən gələni ardına qoyma, nə demişəm əcəb etmişəm. Dediklərimin də arxasındayam. Qaldı «mənə paxıllıq edir» deməyinə, mən də sual verirəm — nəyinə, harana, kiminə? Mənə lazım olacaq hər şeyə yüksək səviyyədə sahibəm. Nəyin var, özünə qismət. Sənə aid olan həyatı heç bir qadına, nə də özümə arzu etmirəm» deyə, Nüşabə paylaşımında yazıb. 

İlk yorumu siz yazın