Əməkdar artist Cavanşir Məmmədovla aparıcısı Lalə Azərtaş arasındakı qalmaqal bitmək bilmir.
Axşam.az xəbər verir ki, C.Məmmədov aparıcının «Heç yuxunuzda da sizdən üzr istəməyəcəyəm» sözlərinə cavab verib. «Yaxşıya doğru» verilişində qonaq olan müğənni Axərtaşa səslənərək, bunları deyib:
«Lalə, sənin mənimlə nə qəsdi-qərəzliyin var? Deyirsən ki, xalqın gözü tərəzidir. Amma sənin gözün tərəzi deyil. Sən tərəzini düzgün görə bilmirsən. Sosial şəbəkədə xalqın nümayəndələrinin mənim məsələmlə bağlı yazdıqları şərhlərə gəldikdə isə onların kimliyini bilmirəm ki, soruşum sən niyə bu sözləri yazmısan.
Elə şey etsəm, üzümə tüpürərlər. Xalqın gözü tərəzi idi, onlar da fikirlərini şərhlərdə yazdılar. Lalənin yerində olsaydım, yazılan şərhlərdən nəticə çıxarardım və deyərdim ki, «bu məsələ məhkəmə tərəfindən sübuta yetirilib, bu insan dələduzdur ( keçmiş kürəkəni, Türkiyə vətəndaşı Mustafa Kemal İbli – red.). Hansı söhbətlər olubsa, mənə halal edin. Məlumatı belə dedilər, mən də belə çatdırdım». Amma sən elə danışmalı deyildin. Sən gözləməli idin nəticəni. Lalə, verilişində zərərçəkən olan mənə 10, zərərvurana isə 30 dəqiqə zaman ayırırsan danışmağa. Olmaz belə şeylər etmək. Mən bura şikayətə gəlməmişəm. Sən Lalə, verilişində gərək düzgün mövqe tutardın. Mənim səninlə nə işim var?
Sən məndən üzr istəyəcəksən. Bilirsən harada? O dünyada Lalə, sən məndən üzr istəyəcəksən. O dünyada sənə təhlil edəcəklər ki, neyləmisən və nə səhvlər görmüsən. Başının üstündə dayananda məndən üzr istəyəcəksən. Qəbirdə insandan hesabat alırlar… Sən istədin-istəmədin, mənə artıq maraqlı deyil. Sənin adını çəkmirəm, sən çıxıb haqqımda danışırsan. Xahişsiz mən bu məsələyə nöqtə qoyuram».
Qeyd edək ki, C.Məmmədovla L.Azərtaş arasındakı qalmaqala səbəb ifaçının keçmiş kürəkəni, Türkiyə vətəndaşı Kemal Mustafa İblini verilişinə çıxartması olub. Mustafa aparıcıdan ona şər atıldığını deyərək, yardım istəyib.
Mustafa İblinin Cavanşir Məmmədovdan 13 000 manat və 126 500 dollar aldığı və geri qaytarmadığı iddia olunub. M. İbli barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Mustafa təqsirli bilinərək 6 il 6 ay azadlıqdan məhrum edilib.