Şəmistan Əlizamanlıya 6600 manat verildi

Şəmistan Əlizamanlıya 6600 manat verildi
Tarix : Oxunma : Yorum Yaz

Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının məşhur ifaçısı Şəmistan Əlizamanlıya dövlət tərəfindən 6600 manat verilib.

Big.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Qarabağ müharibəsi əlillərinə xüsusi qayğısının davamı olaraq icra edilən birdəfəlik ödəmə proqramı çərçivəsində edilib.

Proqram hərbi qulluqçuların sığortası ilə bağlı qanun qəbul edilən tarixədək — 1997-ci il avqustun 2-dək hərbi xidmətdə aldıqları xəsarətlə bağlı əlillikləri olmuş şəxsləri əhatə edir.

Sənədləri e-sistemdə mövcud olan şəxslərə bu ödəmə proaktiv şəkildə ödənilir. Sənədləri e-sistemlərdə olmayanlar isə sənədlərini aidiyyəti qurumlara müraciət etməklə elektronlaşdırır, bundan sonra Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödəniş həyata keçirilir. Bu barədə daha ətraflı məlumatı https://sosial.gov.az/post_576347 linkə daxil olmaqla öyrənmək olar.

Qeyd edək ki, birdəfəlik ödəmənin məbləği təşkil edir:

I dərəcə əlilliyə görə — 8 800 manat
II dərəcə əlilliyə görə — 6 600 manat
III dərəcə əlilliyə görə — 4 400 manat

İlk yorumu siz yazın