Səidə Sultandan SƏRT AÇIQLAMA: “yaxşı oldu”

Səidə Sultandan SƏRT AÇIQLAMA: “yaxşı oldu”
Tarix : Oxunma : Yorum Yaz

“Günah edənlər iki hissəyə ayrılır, aşkarda günah edənlər, gizlində günah edənlər. Günah edənlər dünən aşkarda günah edənləri qınayaraq Allahın qəzəbi, yaxşı oldu, əcəb oldu, Allah elədi və s. Yaradan məsləhət bilsəydi, indiyə dünyanı çoxdan yox etmişdi. Allah yaratdıgı bəndələrini sevir. Hər an günahkar bəndələrini bağışlamağa hazırdır.

Publika.az xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan sosial mediada yazıb. O, bu sözləri bir neçə gün əvvəl Bakıda gecə klubunda baş vermiş partlayış haqqında yazıb.

Belə ki, sosial mediada bir qrup izləyicilər gecə klubuna gedən insanların yaralanmasına və başına belə bir bədbəxt hadisəyə layiq olduqlarını yazıb. Müğənni isə pis niyyətli izləyicilərə instaqramda mesaj yollayıb.

“İndi siz nə bilirsiz ki, o klubda olanlar arasında Allahın sabah imana gətirdiyi bir bəndəsi oldu? Ey günahkar bəndələr hər kəs öz ayağından asılacaq. Hər kəs ozünə cavabdeh olsun”, – S.Sultan qeyd edib.

İlk yorumu siz yazın