Şəhidin dəfnində Nadirin halı pisləşdi — Video

Şəhidin dəfnində Nadirin halı pisləşdi — Video
Tarix : Oxunma : Yorum Yaz

Valideyn himayəsindən məhrum olaraq SOS uşaq kəndində böyüyən şəhidimiz Səbuhi Əhmədov bu gün dəfn edilib.

Yenisabah.az xəbər verir ki, dəfn mərasimində müğənni Nadir Qafarzadə də iştirak edib.

Dəfndən görüntüləri sosial şəbəkə hesabında paylaşan ifaçının vəziyyətinin pisləşdiyi görünüb.

Belə ki, ətrafdakılar müğənninin üzünə su vurmasına yardım ediblər.

Qeyd edək ki¸ Ermənistan tərəfinin təxribatı nəticəsində şəhid olmuş hərbçi Səbuhi Əhmədov Bakıda, İkinci Fəxri Xiyabanda dəfn edilib.

24 yaşlı şəhidin dəfn mərasimində ictimaiyyət nümayəndələri, sadə vətəndaşlar iştirak ediblər.

Həmin görüntüləri təqdim edirik:

İlk yorumu siz yazın