«Şəhər toyları rayon toyundan bahadır. Rayonda yaşayan insanlarda imkan yoxdur. Şəhərdə yaşayanlarda yaxşı imkan var. Ona görə də nə qədər qonorar istəsən verilir. Rayondakıları isə nəzərə almaq lazımdır. Hər zaman aza şükür etmişəm, çoxa min bərəkət».
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Yusif Mustafayev «Günün sədası» proqramında deyib. Müğənni toy qiymətlərindən danışıb. O bildirib ki, müğənnilər toy üçün yüksək qonorar tələb edirlər:
«Müğənnilər elə qonorar deyir ki, ağlıma da gəlmir. Onun da ayda cəmi iki toyu olur. Yusif Mustafayev isə nə deyirlərsə, deyir, Allah bərəkət versin. Ona görə də ayda 25 toyum olur».