Şəbnəmdən Nüşabəyə: “Ona normal danışmaq üçün zəng etmişdim”

Şəbnəmdən Nüşabəyə: “Ona normal danışmaq üçün zəng etmişdim”
Tarix : Oxunma : Yorum Yaz

“Bu məsələni mən sosiallaşdırmamışam, məni sosiallaşdırıblar”

Bunu Yenisabah.az-a müğənni Şəbnəm Tovuzlu həmkarı Nüşabə Musayevanın instaqram hesabında onun zəng etməsinin fotosunu yayımlayaraq barəsində kobud sözlər yazmasına münasibət bildirərkən deyib:

“Heç kim mənə sataşmayıb. Bu barədə danışmaq istəmirəm. Mən ona normal danışmaq üçün zəng eləmişdim. O da burda olmadığını, ona görə də telefonu aça bilmədiyini dedi. İnsandır da, olub. Mənim heç kimlə düşmənliyim yoxdur. 

Üstdə yazılan yazılara gəldikdə isə, o cür insanlar çoxdur. Nə deyə bilər ki? Sonra özümüz danışdıq. Vəziyyət indi normaldır”.

Müğənni əlavə edib:

“Mənə bir söz deyən adam olanda, mən zəng edə bilmərəm?! Məsələni ictimailəşdirməyi yox, insanın özü ilə danışıb hər şeyi çözməyi daha çox sevirəm. Çünki mənə kimlərinsə müzakirə eləməsi üçün sosial şəbəkə o qədər vacib deyil. Belə şeyləri sevməmişəm. Bu məsələni mən sosiallaşdırmamışam, məni sosiallaşdırıblar. Sonra biz danışdıq. Bundan sonra kobudluğa da, hər şeyə də son qoyuldu”.

Xatırladaq ki, bir müddət öncə, Nüşabə Musayeva ”Tarix Əliyevlə  Səmimi” verilişində Şəbnəmlə bağlı “İndi vatsapda blokdadır. Ondan zəhləm gedir” açıqlamasını verdikdən sonra həmkarının ona zəng etməsinin fotosunu paylaşaraq ünvanına kobud sözlər demişdi.

İmamət  İSMAYILOVA

İlk yorumu siz yazın