Şəbnəm Tovuzlu bu vaxta qədər etdirdiyi plastik əməliyyatlarından danışıb.
AZXEBER.COM xəbər verir ki, müğənni bu barədə ATV-də yayımlanan «Şou-xəbər” verilişinə açıqlamasında bildirib.
O deyib ki, üzünə hər hansısa bir prosedur etdirməyib, qollarını və belini əməliyyat etdirərək yığdırıb.
Müğənni bu yaxınlarda əməliyyat olunduğunu da açıqlayıb.
O, həmçinin onu tənqid edən insanlara üzünü tutaraq «ürəkli insan gəlib sözü üzümə desin, kənarda çox söz danışmaq olar”, — deyə sərt açıqlama verib.