“Ruhuna fatihə, sonra isə segah oxudum“ — Nəzakət Teymurova

“Ruhuna fatihə, sonra isə segah oxudum“ — Nəzakət Teymurova
Tarix : Oxunma : Yorum Yaz

Xalq artisti Nəzakət Teymurova mərhum xanəndə, Əməkdar artist Süleyman Abdullayevlə bağlı paylaşım edib.

Pravda.az xəbər verir ki, sənətçi sosial şəbəkədə birlikdə çəkilən fotolarını yayımlayaraq bunları yazıb:

“Muğam dünyamızın bir yarpağı da töküldü… Dədə Süleymanı da itirdik. Dədə, özümdə güc tapa bilmədim, səni xəstə yatağında ziyarət edim. Sən bizim gözümüzdə qaməti əyilməz Dədə idin. Zalım xəstəlik səni də yatağa saldı. Ağır itkidir sənət üçün. Hər bir xanəndə dünyaya muğamla göz açır, muğamla da köçür. Ölüm xəbərini eşidəndə ruhuna fatihə, sonra isə segah oxudum. Allah rəhmət etsin sənə, Dədə Süleyman!”

Qeyd edək ki, S.Abdullayev oktyabrın 23-də vəfat edib. 83 yaşlı xanəndə uzun müddətdir şəkər xəstəliyindən əziyyət çəkirdi. Onun ayaq barmaqları amputasiya edilmişdi.

İlk yorumu siz yazın