Müğənni Roza Zərgərli uzun müddətdir səhhətində ciddi problem olduğunu açıqlayıb.
Axşam.az xəbər verir ki, sənətçi həkim səhvi ucbatından bir müddətdir müalicə aldığını açıqlayıb:
«Hamı deyir ki, 2 aydır efirə çıxmırsan, müsahibə vermirsən, sənət dostlarının məclisinə getmirsən. Bununla bağlı açıqlama verəcəyəm. Bu məsələdə müqəssir kimdir deyəcəyəm. İki aydır səhhətimin düzəlməsi üçün çalışıram».
Qeyd edək ki, R.Zərgərli açıqlamalarından birində 21 gün xəstəxanada yatdığını demişdi.