Röyal yenə hamını kövrəltdi: «Sənin mömin əxlaqlı anan var»

Röyal yenə hamını kövrəltdi: «Sənin mömin əxlaqlı anan var»
Tarix : Oxunma : Yorum Yaz

«Bu gün sənin işlətdiyin telefona saatlarla baxmışam, sonra öz telefonuma zəng elədim. Ərəb dilində «eşqim» yazmışdım, 6 aydır ki, o nömrədən mənə zəng gəlmirdi və çox qəribə oldum, axı özüm zəng eləmişəm, yenə də bəlkə deyə düşündüm».

Aydınlıq.az xəbər verir ki, bu sözləri sosial şəbəkə hesabında mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri Röyal yazıb.    

Özünün və qızı Zəhranın tanınmamasını istəyən Röyal qeyd edib: 

«Öz «Instagram» səhifəmi və orada bütün şəkillərimi sildim ki, insanlar məni tanımasın, sıradan həyat yaşayaq. Lakin küçədə hər kəs yaxınlaşır gözəl sözlər deyir. Qızımız Zəhraya xüsusən gözəl sözlər deyirlər, sanki öz ailələrinin üzvü imiş kimi davranırlar. Zəhramı da istəmirdim tanısınlar. Lakin zaman elə dövr etdi ki, qızım gözəl anasının yolunu seçdi və anladım ki, bu  taleyimizdir».

Röyal övladının anasızlıqdan şikayət etdiyini də etiraf edib:

«Güclü insanam, sən düz deyirdin, afərin sənə gözəl yarım. Zəhram bəzən deyəndəki «Röyal, anasız qaldım mən» bax o an yaşayan bir ölü olduğumu bir daha anlayıram və ona daim deyirəm ki, gözəlim, sən anasız deyilsən, sənin mömin əxlaqlı anan var, mənim də həyat yoldaşım var.

O, sadəcə bir müddətlik dünyasını dəyişib və əvvəlcə Rəbbim sonra isə qovuşacağımız günü səbirsizliklə gözləyirik. Mənim nur üzlü yarım».

İlk yorumu siz yazın