Röya: “Onu tapıb döymək istəyirdim” 

Röya: “Onu tapıb döymək istəyirdim” 
Tarix : Oxunma : Yorum Yaz

«İki dəfə konsertim təxirə düşdü. Mən bu stressdən hazırda mədəmdən müalicə də alıram. İndi başlamışam normal yemək yeməyə».

Yenisabah.az bizim.media-ya istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan qonaq olduğu «Özəl» axşam şousunda deyib.

O bildirib: «İki dəfə ard-arda konsertimin bütün ödənişləri oldu. İki tərəfli stress yaşadım. Başa düşürsən ki, konsertimin təxirə düşməsi nədəndir (Həmin ərəfədə sentyabrın 13-ü Ermənistan təxribatı nəticəsində Azərbaycan 88 şəhid verdi — red.) Bir yaşadıqlarımızın, bir də konsertin stressi. Üç gün İstanbulda ağrım oldu. Gecə menecerim Kənan Bayramov məni Bakıya gətirdi. Ona söylədim ki, mənə qoy bizim həkimlər baxsın».

Sənətçi konserində iştirak edəcək türk vokalçısının hərəkətlərindən əsəbiləşdiyini və onunla bir daha çalışmaq istəmədiyini açıqlayıb:

«O ərəfədə kim mənə zəng vururdusa, deyirdim ki, təki hər şey yaxşı olsun. Ən çox bu stressi konsertimdə iştirak edəcək xaricilərin olduğu üçün çəkirəm. Misal üçün bek vokalçı gecə saat ikidə nömrəmi tapım, yazıb ki, bəs siz məni dolamısız, iki dəfə konserti ləvğ etmək olar. Onun bu mesajından sonra çox əsəbiləşdim. Kənana dedim ki, bir də bu adamı görmək istəmirəm.

Bu bek vokalçı bir də heç zaman bizimlə olmasın. Necə olub ki, ona iki il ödənişlər edib, işləmişəm. O şəxsə pul ödənilib. Sənə nə var? Vətənimdə nə baş verdiyindən xəbərin var? Biz İstanbula mükafat almağa gəldiyimizdə on beş şəhid verdik. Bu səbəbdən mükafatı almadıq və Vətənə geri döndük. Mən sənə görə konsert etməli idim. O oğlanın yazdığından o qədər əsəbiləşmişdim ki, Kənana deyirdim ki, onu tapıb döymək istəyirəm».

Qeyd edək ki, müəyyən səbəblərə görə iki dəfə komserti təxirə salınan Xalq artisti Röya sevənləri ilə üç gün yanvarın 27, 28 və 29-da Bakı Konqres Mərkəzində unudulmaz musiqi gecəsi yaşadacaq.

İlk yorumu siz yazın