Röya illər sonra yenidən onunla…

Röya illər sonra yenidən onunla…
Tarix : Oxunma : Yorum Yaz

Xalq artisti Röya Ayxan yeni layihəsi üçün Türkiyəyə gedib.

Sənətçi bu barədə sosial şəbəkə hesabında məlumat yayıb. Müğənni bildirib ki, tanınmış rejissor Veli Kuzlu ilə illər sonra yenidən iş birliyi edir:

“İstanbuldayıq. Veli Kuzlu ilə birlikdə ilk dəfə “Gönder”, sonuncu dəfə isə “Mənəm” adlı klipləri ərsəyə gətirmişdik. İki il bərabər iş görmədik. Konsert öncəsi təzə işlər görülür. Bu arada bu il yeni albomumuz işıq üzü görəcək. Yeni mahnılar gəlir”.

Qeyd edək ki, V. Kuzlu Ajda Pekkan, Bengü, Yalın, Hadise, Mustafa Ceceli kimi populyar simalarla əməkdaşlıq edən, həmçinin “G.O.R.A”, “Şans kapıyı çalınca”, “Aşk tesadüfleri sever”, “Deliha”, “Kardeşim benim” filmlərinin quruluşçu rejissoru olub.

İlk yorumu siz yazın