Keçən gecə Los-Ancelesdə baş tutan “Oskar” mükafatının təqdimetmə mərasimində ən çox gözlənilən anlardan biri müğənni Rihannanın çıxışı olub.
Axşam.az xəbər verir ki, gecədə müğənni karyerasında 6 illik aradan sonra təqdim etdiyi mahnını oxuyub. O, səhnədə «Qara Pantera» rolunu canlandıran aktyor Çedvik Bouzmanın xatirəsinə həsr etdiyi «Lift me up» («Black Panther: Wakanda Forever» filminin saundtreki) mahnısını səsləndirib.
Bəstə «Ən yaxşı orijinal musiqi» nominasiyasında namizəd olsa da, seçilməyib.
Gecədə diqqət çəkən məqamlardan biri Rihannanın 3 fərqli geyimdə obyektivlərə tuş gəlməsi olub. İkinci övladına hamilə olan müğənni mərasimə nişanlısı, reper Eysap Roki ilə qatılıb.
Qeyd edək ki, cütlüyün ötən ilin mayında oğlu dünyaya gəlib.