Regionun ən iri innovasiya sammiti “Bakcell”in dəstəyilə reallaşdı

Regionun ən iri innovasiya sammiti “Bakcell”in dəstəyilə reallaşdı
Tarix : Oxunma : Yorum Yaz

Regionun ən iri innovasiya sammiti “Bakcell”in dəstəyilə reallaşıb.Yenilik.az xəbər verir ki, 13 dekabr 2022-ci il tarixində Bakı Konqres Mərkəzində “PAŞA Holding”in təşkilatçılığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə 2-ci illik İnnovasiya Sammiti keçirilib.

Keçən il olduğu kimi bu il də regionun ən iri innovasiya sammitinin baş sponsoru “Bakcell” şirkəti olub.
Tədbirin əsas məqsədi texnologiya sahəsində aparıcı şəxsləri və şirkətləri, eləcə də innovasiya yönümlü startapları bir araya gətirmək, onlar üçün peşəkar müzakirələr, fikir və təcrübə mübadiləsi imkanı yaratmaq və beləliklə, ölkə və regionda innovasiya ekosisteminin formalaşmasına dəstək göstərməkdir.

Tədbir çərçivəsində “Telekommunikasiya sənayesinin inkişafı üçün tərəfdaş ekosistemindən istifadə” mövzusundakı panel müzakirəsində iştirak edən “Bakcell” şirkətinin marketinq üzrə rəhbəri Elçin Gülməmmədov bildirib ki, Azərbaycan “Speedtest Qlobal” İndeksində mobil internetin sürətinə görə regional liderdir: ““Bakcell” şirkətinin internet sürəti üzrə göstərdiyi nəticələr həmin indeksdə ölkəmizin ümumi mövqeyinə böyük təsir göstərib. “Bakcell” dörd il ardıcıl olaraq “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu, ölkəmizdə telekommunikasiya sahəsinin inkişafının parlaq nümunəsidir. “Bakcell” insanlara ən keyfiyyətli şəbəkə ilə xidmət göstərməkdən çox məmnundur. Ölkəmizdə rəqəmsal xidmətlərin inkişafı üçün müvafiq infrastruktur mövcuddur.”

İlk yorumu siz yazın