““Real” ATV-yə niyə məsləhət verməlidir?”

““Real” ATV-yə niyə məsləhət verməlidir?”
Tarix : Oxunma : Yorum Yaz

“SOY Production”ın rəhbəri Oqtay Əliyev Real TV və Azad Azərbaycan kanalı arasındakı qalmaqala münasibət bildirib.

OLAY yazır ki, sənətçi qanun pozuntusu olmadığını söyləyib:

“Çox maraqlıdır, ATV yaşına və başına görə “Real”dan 20 bayram böyükdür. Niyə “Real” ona nəyi və necə etməyi məsləhət verməlidir? Hər ikisi özəl kanaldır. Hərənin öz strategiyasi var. Hansısa qanun pozuntusu olarsa, həm Real TV, həm ATV üçün üst qurum Şura var.  İstənilən qanun pozuntusuna görə öz iradlarını bildirir”.

Qeyd edək ki, Real TV-nin rəhbəri Mirşahin Ağayev proqramında ARB və ATV-ni tənqid etmiş, ATV-nin baş direktoru Azər Xəlilov isə ona sosial media hesabında cavab vermişdi.

İlk yorumu siz yazın