Razini döydüyü deyilən Ziya açıqlama yaydı

Razini döydüyü deyilən Ziya açıqlama yaydı
Tarix : Oxunma : Yorum Yaz

Model Raziyyat Əliyevaya (Razi Əliyeva) şiddət göstərdiyi iddia edilən iş adamı Ziya Hüseynzadə açıqlama yayıb.

Axşam.az xəbər verir ki, bu barədə o, instaqram hesabında paylaşım edib.

“Haqqımda yayılanların hamısı adıma və ailəmə ləkə salmaq, zorla pulun tələb edilməsi üçün şər və böhtan, qarayaxma kampaniyasıdır. Sübutlarım mövcuddur və istintaqa təqdim olunacaq. Yayılmış şəkillərin mənə aidiyyəti yoxdur, daxil olmuş məlumata əsasən, Razi Əliyeva hazırda İstanbuldadır, sağdır və dincəlir.

Əlavə olaraq qeyd edim ki, mənə qarşı uzaqdan iddia irəli sürən Razi Əliyevanın insan alverində etirafı ilə videolar bundan öncə internetdə əksini tapıb. Bu səbəbdən də Razi Əliyeva özündən diqqəti yönəldir ki, onun qanunsuz hərəkətləri araşdırmadan yayındırılsın. Lakin mən Azərbaycan Respublikasının polisinin ədalətinə əminəm!” deyə, Ziya bildirib.

Qeyd edək ki, DİN-dən verilən məlumata görə, məsələ ilə bağlı araşdırma aparılır.

İlk yorumu siz yazın