Xalq artisti Ramiz Novruzun aktyor oğlu Cavidan Novruz atasının səhhətindən danışıb.
Axşam.az xəbər verir ki, Cavidan bu haqda «Səhər mərkəzi» proqramında bəhs edib. O bildirib ki, səhhətində problem yaranan R.Novruzun durumu yaxçşıdır:
«Yaxşılığa doğru gedir. Buna görə sevinirəm. Bir ara məyus olmuşdum».
Qeyd edək ki, Cavidan bir müddət əvvəl atasının onkoloji xəstə olduğunu açıqlamışdı. R.Novruz isə müsahibəsində oğlunun yanlış müsahibə verdiyini deyərək «Oğlum Cavidan yuxulu-yuxulu dostuna nə isə deyib. Dostu da bunu ayrı cür yayıb. Haqqımda yayılan məlumat səhvdir» sözlərini əlavə edib.