Əməkdar artist Rafael İsgəndərovun nəvəsi Zəhranın 4 yaşı tamam olub.
Day.Az xəbər verir ki, aktyorun qızı Gülarə İsgəndərova bu haqda sosial şəbəkədə bildirib. O, həyat yoldaşı Ələsgər bəyin və qızının yeni fotolarını paylaşıb. Gülarə paylaşımına xoş sözlər yazaraq övladını yeni yaşı münasibətilə təbrik edib:
«Canım qızım, bu gün sənin günündür. Səni verən Allaha şükürlər olsun. Həmişə fəxrimiz olasan. Böyük qız olasan».
Qeyd edək ki, Rafael İsgəndərovun iki övladı var. Onun qızı Gülarə İsgəndərova evlidir. O, 2016-cı ildə ailə həyatı qurub. Bir övladı var. Əməkdar artisin oğlu Fuad isə subaydır. O, blogerliklə məşğuldur.