Rəşad Dağlı qonşusunu öldürdü

Rəşad Dağlı qonşusunu öldürdü
Tarix : Oxunma : Yorum Yaz

Tanınmış meyxanaçı Rəşad Dağlı Bakı şəhəri ərazisində qətl törədib.

Aydınlıq.az xəbər verir ki, hadisə Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib.

Rəşad Dağlı mübahisə zəminində qonşusu İsgəndər adlı şəxsi bıçaqlayaraq öldürüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Məlumatı DİN-in Mətbuat xidmətindən təsdiq ediblər.

Qeyd edək ki, hadisə ilə bağlı ilk məlumatı «Report» yayıb.

İlk yorumu siz yazın