Rəqsanədən Aysunla bağlı qalmaqala REAKSİYA

Rəqsanədən Aysunla bağlı qalmaqala REAKSİYA
Tarix : Oxunma : Yorum Yaz

Bir neçə gündür müğənni Rəqsanə İsmayılova, həyat yoldaşı Fazil Əmiraslanov və aparıcı Sərxan Kərəmoğlu arasında qalmaqal səngimək bilmir. 

Bu dəfə Rəqsanə sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

Hesabında öz şəklini paylaşan müğənni «Övladımın ayağına dəyən daş, mənim ürəyimi ağrıdır» sözlərini yazıb.

Qeyd edək ki, qalmaqala səbəb Sərxanın Rəqsanənin qızı Aysun İsmayılovanın toyunu oyun adlandırması olub. Bundan sonra sənətçinin həyat yoldaşı Fazil Əmiraslanov Sərxanı hədələyib, ona qeyri-etik ifadələrin yer aldığı səsyazıları göndərib. 

İlk yorumu siz yazın