Rəhman Rəhmanov əməliyyat olundu

Rəhman Rəhmanov əməliyyat olundu
Tarix : Oxunma : Yorum Yaz

Əməkdar artist Rəhman Rəhmanov əməliyyat olunub. 

Axşam.az xəbər verir ki, bu barədə aktyor qonaq olduğu «Elgizlə izlə» verilişində deyib. Uroloji problemdən əziyyət çəkən aktyor ötən günlərdə əməliyyat olunduğunu bildirib:

“Sırağa gün əməliyyat olundum. Dünən isə xəstəxanadan çıxdım. Bu gün də avtomobilimə əyləşib gəlmişəm bu verilişə. Bu, heç də asan əməliyyat deyil. Əməliyyat otağında oğlum Emilin mahnıları səslənirdi. Elə onun mahnıları fonunda əməliyyat olundum. Böyrəyimdən çıxarılan daşları da mənə verdilər. O daşları özümlə evə aparıb pilləkən tikəcəyəm, elə buna pulum çatmırdı (gülür)».

İlk yorumu siz yazın