Müğənni Rəvan Qarayev müzakirələrə səbəb olacaq açıqlama verib.
O, Lent.az-a bildirib ki, şou-biznesdə müəllimlik edəcək: «Şou-biznesdə yeni məktəb açmışam. Oxuya bilməyənlərə o məktəbdə dərs keçəcəm. Dərslər həftənin 1,3 və 5-ci günləri keçiriləcək.
Çoxu canlı oxuya bilmir. Toya dəvət alırlar, canlı oxuya biımədikləri üçün döyülürlər. 18-19 ildir ki, sənətdəyəm, özümü onlar kimi aparmıram. Bir-iki ildir sənətə gəliblər, özlərini elə aparırlar ki, adamın gülməyi gəlir. Yeni məktəbi də oxuya bilməyənlər üçün açmışam. Dərslərimə yazılsınlar, onlara oxumaq öyrədim».