ARB telekanalının «Söz Baz» verilişinin budəfəki qonağı sevilən müğənni Röya Ayxan olub.
BiG.AZ xəbər verir ki , «Düşünmürəm ki, mən çox güclü işləyirəm, amma…» cümləsini tamamlaya bilməyən müğənni ətrafdakıların köməyini gözləsə də, heç kim onun nə demək istədiyini başa düşməyib.
Gülüşünü saxlaya bilməyən pozitiv sənətçi ətrafdakılarla belə zarafatlaşıb:
«İndi başa düşürsünüz, mən niyə belə enerjiliyəm? Mənim yanımda bir dənə də ağıllı adam yoxdur. Çünki rəis ozü dəlidir».
Röya pərəstişkarlarına da müjdə verib: «Bu Arada konsertlərim bir-birinin ardıyca davam edəcək».