Ürəktutmadan vəfat edən müğənni Rəhim Rəhimli ilə vida mərasimi davam edir.
İfaçını son mənzilə yola salanlar arasında yer alan həmkarı Əməkdar artist Elza Seyidcahan Axşam.az-a açıqlamasında
«İstedadlı gəncimiz idi Rəhim Rəhimli, əvəz olunmaz. Xəstəliyindən xəbərim yox idi. Birdən-birə, özüm də təəccüb etdim. Hətta bir dəfə Hollandiyaya konsertə gedəndə o, mənə demişdi ki, pul verəcəyəm sənə, atam rəhmətə gedib, orada Ofeliya xalam var, ona verərsən, onun başdaşını düzəltdirsin. Yəni, çox yaxşı oğlan idi, atasının qəbir daşı üçün buradan ora pul göndərmişdi. Rəhimin yeri görünəcək. Peşəkar musiqiçi idi. Musiqidən, sənətdən xəbəri var idi. Mənim qabağıma ona görə hər dəfə gəlir ki, çünki bilirdi mənim də sənətim var. Sənəti duyan biri idi. Ona görə mənə ağır gəlir ki, sənətdən getdi. Düzdür, insan bir gün gəlir, bir gün gedir, amma Rəhimin belə tez dünyasını dəyişməsii sənət camiəsinə ağır itkidir».