Qızına telefondan istifadəni qadağan edibmiş

Tarix : Oxunma : Yorum Yaz

Müğənni Nazim Pişiyari qızına qoyduğu qadağalardan danışıb.

Axşam.az xəbər verir ki, ifaçı «Səhər mərkəzi» proqramında qonaq olarkən Afaq Gəncəli ona «Siz qızınıza instaqramdan, telefondan və sosial şəbəkədən istifadə qadağası qoymusunuz» sözlərini ünvanlayıb.

Pişiyari isə bunu təsdiqləyərək bunları əlavə edib:

«Onun öz ailəsi var. Heç nəyə qarışmıram. Böyüyüb, özü də bir anadır. Qadağalar var idi, tək bu məsələlərdə yox. Evdə böyüyəndə bir çox şeyə olurdu. Qadağaların çoxunu da mən qoymurdum, sənət adamıyam, orda-burda olurdum. Övladı tərbiyə edən, boya-başa çatdıran anadır. Yoldaşım sərt adam deyil, amma qadağaları olur. Qızını döyməyən, dizini döyər. Övladlarımıza əl qaldırmamışıq, amma müəyyən qadağalar olub».

İlk yorumu siz yazın