“Qızım 1-ci sinifə getdi, yanında ola bilmədim” — Mətanətin gəlini

“Qızım 1-ci sinifə getdi, yanında ola bilmədim” — Mətanətin gəlini
Tarix : Oxunma : Yorum Yaz

Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Aynur Həmidova (Canana) jurnalistika fəaliyyətinə başlayıb.

Türkiyədən geri dönən Canana Yenisabah.az-a bu barədə açıqlama verib.

O, DTV kanalında aparıcı kimi fəaliyyətə başladığını bildirib:

“Mən İstanbulda gözəl işlərin layihəsi ilə Bakıya döndüm. Müalicələrimi bitirdim, çox şükür, indi  yaxşıyam. Övladlarımın həsrətini çox çəkirdim, sanki çox-çox uzaqlardayam və onları bir daha görə bilməyəcəyəm qorxusunu yaşayırdım. Onlarla hər danışanda “Ana, bəs nə vaxt gələcəksən?” sözləri mənə pis hisslər yaşadırdı. Qızım 1-ci sinifə getdi, yanında ola bilmədim. Sağ olsun, Mətanət xanım özü şəxsən onu aparmışdı məktəbə. Ruhlanımın 9 yaşı tamam olurdu, məni ad günündə görmək istəyirdi onun arzusunu yerinə yetirdim və ad günündə gəldim. Balalarımı gördüm.

Burada “Star Maqazin” verlişinin aparıcısı olmaq təklifini aldım. Artıq işə başlamışam. Ümid edirəm, layiqincə işimin öhdəsindən gələcəyəm. Türkiyədə olan işimi də buradan davam etdirəcəyəm. İnşallah, izləyicilərim üçün ən maraqlı müsahibəm Mətanət xanımdan aldığım müsahibə olacaq”.

Xatırladaq ki, may ayında keçmiş qayınanası Mətanət İsgəndərli ilə barışan Canana iyulda ölkəni tərk etdiyilə bağlı məlumat yaymışdı. O, işlətdiyi salonu bağlatdırdığını, salon avadanlıqlarını, şəxsi maşınını və bir çox əşyaları satdığını bildirərək, müalicə almaq üçün ölkədən getdiyini demişdi.

İlk yorumu siz yazın