Qızı Aftandil İsrafilovun səhhətindən danışdı

Qızı Aftandil İsrafilovun səhhətindən danışdı
Tarix : Oxunma : Yorum Yaz

Xalq artisti Aftandil İsrafilovun səhhəti ağır olaraq qalır.

Bu haqda Axşam.az-a açıqlamasında qarmon ifaçısının qızı Həcər məlumat verib. O bildirib ki, hazırda atası reanimasiyaya yerləşdirilib:

«Vəziyyəti ağırdır. Bütün orqanlarında problem yaranıb. Qanda kreatinin səviyyəsi artıb. Ürəyinin işemik xəstəliyi, mədə-bağırsaq qanaxması var, ayaqları şişib. Bütün bunlar böyrəyə də təsir edib. Həkim nəzarətindədir.

Atam pandemiyadan əvvəl də xəstə idi. O vaxt edilən müalicə səhv olub. Həmin iynələr onun digər orqanlarına təsir edib». 

Həcər atasının əməliyyat olunması ilə bağlı xəbərləri yalanlayıb:

«Bunu ötən dəfə atam xəstəxanaya yerləşdirəndə dedilər. Amma heç bir əməliyyat keçirməyib».

Qeyd edək ki, A.İsrafilov bir neçə həftə əvvəl xəstəxanaya yerləşdirilmiş, daha sonra səhhəti yaxşılaşdığı üçün evə buraxılmışdı. Bir neçə gün əvvəl isə musiqiçi yenidən xəstəxanaya aparılıb.

İlk yorumu siz yazın