Aktyor Müşviq Şahverdiyev başına gələn hadisəni bölüşüb.
Axşam.az xəbər verir ki, sənətçi «Günün sədası» verilişində illər əvvəl keçirdiyi qəzanı xatırlayıb:
«Tələbə oldum, ilk maşınımı aldım: «07». Sürə bilməyə-bilməyə güclə Lənkərana apardım. Dostlarım yardım etdi. Plan qurdum ki, Rafet El Romanın diskini aldım, mahnını qoydum. Gedib qızgilin məhləsinə çata bilmədim, maşın aşdı. Təkərləri qalmışdı göydə, amma Rafet oxuyurdu. Kınardakılar dedi ki, cavan oğlansan, sevmək olar, amma çatdın həmin yerə?».